AZ

Levandovski "Barselona"da qalacaq - agenti açıqladı

Mətbuatda polşalı hücumçusu Robert Levandovskinin bu yay "Barselona"nı tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə futbolçunun agenti Pini Zahavi danışıb.

“Tam cəfəngiyatdır, bu saxta xəbərdir. Robert "Barselona"da yüzdə 100 olaraq qalır" 

Xatırladaq ki, 35 yaşlı hücumçu 2022-ci ildən Kataloniya komandasının rənglərini qoruyur. Levandovski ilə "Barselona" arasındakı əmək müqaviləsinin müddəti 2026-cı ilin ortalarına kimi hesablanıb. Bu mövsüm Robert 45 oyun keçirib, 24 qol vurub və 9 məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
90deqiqe.az

1Mənbələr