AZ

Hollandiya Kral Rəssamlıq Akademiyası İsrail institutu ilə əməkdaşlığı dayandırıb

Hollandiyanın inzibati paytaxtı Haaqadakı Kral İncəsənət Akademiyasının (KABK) rəhbərliyi Qüdsdə yerləşən Bezalel İncəsənət və Dizayn Akademiyası ilə əməkdaşlığı ləğv etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə KABK Tələbə Birliyi məlumat yayıb.

Məlumata görə, Akademiya rəhbərliyi İsrail qurumları ilə əməkdaşlığa son qoymaq tələblərini qəbul edib.

Açıqlamada KABK rəhbərliyinin Hollandiyada İsrail təhsil müəssisəsi ilə əməkdaşlığı ləğv edən ilk təhsil müəssisəsi olduğu və qərarın müsbət qarşılandığı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
iqtisadiyyat.az

1Mənbələr