AZ

“Axmaqlıq epidemiyası”nı dayandırmaq üçün 5 BƏND

“Müasir dünyada ibtidai düşünən insanların faizi artır. Bu gün sosial şəbəkələr insanların həyatından kitabları əvəz edib. Nəticədə, bir vaxtlar dünyanın ən çox oxuyan xalqı (sovet vətəndaşlarını belə adlandırırdılar) əqli deqradasiya yolu ilə gedir. Əgər başınızı sosial şəbəkələrdən “zibil”lə doldursanız, normal məlumat üçün yer qalmayacaq”.

“Cebhe.info” xəbər verir ki, bunu həkim Aleksandr Myasnikov deyib. 

“Doktor Myasnikov” proqramının aparıcısı özü tərəfindən hazırlanmış beş bəndlik məsləhəti də verib. O əmin edir ki, bu qayda "axmaqlıq epidemiyasını" dayandırmağa kömək edəcək.

1. Sosial şəbəkələrdə uzun müddət oturmayın, onlarda nəşrləri seçmə, diaqonal oxuyun.

2. İnternetdə yalnız faydalı və lazımlı məlumatları tapın.

3. Tənqidi düşüncədən istifadə edin və öz mənliyinizi qorumağa çalışın.

4. Hər deyilən və yazılanı həqiqət kimi qəbul etməyin. Şərtsiz həqiqət deyə bir şey yoxdur.

5. Qorxmayın. Qorxuya məruz qalan insanları manipulyasiya etmək asandır. Sağlam düşüncə və Allaha iman sizə dayaq tapmağa kömək edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
cebheinfo.az

1Mənbələr