AZ

4000-dən çox insan Xarkovdan təxliyə edilib

Xarkov vilayətinin döyüşlərin şiddətləndiyi yaşayış məntəqələrindən 4 mindən çox insan təxliyə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleh Sinehubov “Telegram”da məlumat verib.

“Hərbi əməliyyatların intensivləşdirdiyi ərazilərdən əhalinin təxliyəsi davam edir. İki gündən artıqdır ki, Regional Hərbi İdarə, yerli administrasiyalar, Koordinasiya Humanitar Mərkəzi, könüllülər, polis və Fövqəladə Hallar Dövlət Xidməti mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə olan yaşayış məntəqələrindən 4000-dən çox sakini təxliyə edib.” – O.Sinehubov yazıb.

Onun sözlərinə görə, 2022-ci ildə hazırlanmış yol xəritəsinə uyğun olaraq bütün təxliyə edilən şəxslərə dəstək göstərilir: “O cümlədən, təxliyə edilənlər üçün daha 900-ə yaxın yer ayrılıb və lazım gələrsə, bu rəqəm artırılacaq. Bundan əlavə, bizim Ukrayna Dəmir Yolları ilə razılaşmamız var ki, təxliyyə sürəti artarsa, müəyyən istiqamətlərdə əlavə qatarlar olacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
ikisahil.az

1Mənbələr