AZ

Polisdən qaçan sərxoş sürücü “ZİL”i dayanacağa çırpdı:2 ölü, 3 yaralı - VİDEO

Qazaxıstanın Almatı vilayətində sərxoş sürücü ölümlə nəticələnən yol qəzasına səbəb olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 12-də Almatı-Jetigen avtomobil yolunun 32 km-də qeydə alınıb. Bu barədə region üzrə yol polis idarəsindən məlumat verilib.

Məlumata görə, polisin “Saxla” əmrinə tabe olmayan sürücü, idarə etdiyi "ZİL-131" maraklı yük avtomobili ilə təqibdən qaçan zaman sürətlə sərnişnilərin olduğu avtobus dayanacağına çırpılıb.

Nəticədə 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.  

Bildirilir ki, sürücü tibbi müayindən keçib və onun sərxoş olduğu müəyyən olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
24
avtosfer.az

10Mənbələr