AZ

Qattuzo Səudiyyə Ərəbistanına köçür

İtaliyalı baş məşqçi Cennaro Qattuzo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə,  “Milan”ın sabiq çalışdırıcısı “Əl-Taavon” klubundan təklif alıb. Qattuzo tezliklə potensial işəgötürənə cavab verməlidir. Cennaronun son iş yeri Fransa "Marsel"i olub.

O, 2023-cü ilin sentyabrından 2024-cü ilin fevralına qədər Provans komandasının baş məşqçisi vəzifəsində çalışıb. Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə “Əl-Taavon” dördüncü yerdədir. Komanda 31 görüşdən sonra 52 xal toplayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141

1Mənbələr

Şərh ()
Bağla