AZ

XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir, inanmayın – VİDEO 

Kibertəhlükələr gündən-günə artır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalır. 


Referans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev paylaşım edib.


“Təhlükə var. Qaçılmaz deyil. Hər bir vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın”, – deyə E.Hacıyev qeyd edib.


DİN tərəfindən vətəndaşlara cərimələrin və digər hökumət ödənişlərinin endirimli ödənilməsini təklif edən saxta saytlara qarşı diqqətli olmaları ilə bağlı çağırış edilib.


“Bu cür imitasiyalı linklərə keçid etməklə şəxsi və kart məlumatlarınızı paylaşmayın, – deyə vurğulanıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
1
referans.az

2Mənbələr