AZ

“Netanyahu Hitleri qısqandıracaq səviyyəyə çatıb” – Ərdoğan


“Netanyahu soyqırım metodları ilə Hitleri belə qısqandıracaq səviyyəyə çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, söhbət təcili yardım maşınlarını hədəf alan, ərzaq paylama məntəqələrini vuran, yardım karvanlarına atəş açan İsraildən gedir.
“Qəzzada onlarla insanın hüquq və azadlıqları, xüsusilə yaşamaq hüququ pozulur. Biz onların hüquqlarını müdafiə edirik. Biz sülhü müdafiə edirik. İsraili dəstəkləyənlər bütün bu hadisələri yenidən düşünməli, tarixi məsuliyyət hissi ilə sülh və əmin-amanlığı müdafiə edən tərəfdə olmalıdırlar”, - Ərdoğan bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
yeniavaz.com

2Mənbələr