AZ

“Google Chrome”dan istifadəçilərinə ÇAĞIRIŞ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Google” anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran “Chrome” brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Yeniləmə kiber cinayətkarlar tərəfindən aktiv şəkildə istifadə edilən təhlükəli boşluğu aradan qaldırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə HelpNetSecurity portalı məlumat yayıb.

Google bu boşluq üçün istismarın mövcud olduğunu vurğulayır, lakin onun təcavüzkarlar tərəfindən necə istifadə edildiyi barədə təfərrüatlar açıqlanmır. Lakin bu, istifadəçilərin cihazlarında icazəsiz məlumat əldə etməyə, sistem qəzalarına və hətta kodun uzaqdan icrasına səbəb ola bilər.

“Google”un özünün verdiyi məlumata görə, müəyyən edilmiş boşluq artıq dələduzlar tərəfindən istifadəçilərə hücum etmək üçün fəal şəkildə istifadə olunur, ona görə də şirkət hər kəsə mümkün qədər tez brauzerin yeni versiyasını quraşdırmağı tövsiyə edir.

Seçilən
87
1

1Mənbələr

Şərh ()
Bağla