AZ

Ançelotti ÇL-in finalında hansı qapıçıya güvənəcək?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalı üçün qapıçı seçimi ilə bağlı mübahisələr mənzərəsində tədbir görüb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis mətbuatda baş alıb gedən bu dedi-qodu mənzərəsində “qaymaqlılar”ın qapıçıları – belçikalı Tibo Kurtua və ukraynalı Andrey Luninlə Çempionlar Liqasının final oyunu ilə bağlı söhbət aparıb.

Son zamanlar İspaniya mətbuatında fəal surətdə belə fikir yayılmağa başlayıb ki, Karlo Ançelotti ilk dəqiqələrdən Andrey Lunini Çempionlar Liqasının finalında iştiraka buraxmayacaq. Belə ki, italyan mütəxəssis Tibo Kurtuaya daha çox güvənir. İddialara görə, “Real” belçikalı qapıçının bacarıqlarına əmindir və onun belə vacib oyun üçün əsas heyətdə olmasının zəruri olduğuna inanır. Buna görə də belçikalı qapıçının oyuna başlamaq imkanı qazanacağı gözlənilir.

Bu məlumat yayılandan sonra İspaniya nəhənginin baş məşqçisi hər iki qapıçı ilə şəxsi söhbətlər aparıb:

“Mətbuatda müxtəlif mənbələrdən gələn məlumatlara əhəmiyyət verməyin. Mən Çempionlar Liqasının finalı üçün əsas qapıçını seçəndə – ilk olaraq siz biləcəksiniz”, deyə italyan mütəxəssis bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının finalında “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Seçilən
102
1

1Mənbələr

Şərh ()
Bağla