AZ

Sabiq futbolçu qəzaya düşdü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ticani Babangida və ailəsi arzuolunmaz vəziyyətə düşüb.

“Football-plus.az” xəbər verir ki, nigeriyalılar qəza keçiriblər.

Nigeriya yığmasının sabiq oyunçusu olan Babangida ailəsi ilə birgə vətənində qəzaya düşüb. Qəza nəticəsində onun kiçik qardaşı həlak olub. Ticani isə ağır xəsarət alaraq xəstəxanalıq olub. Sabiq futbolçunun həyat yoldaşı və qızı da xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Babangida Nigeriya yığmasında 1994-2004-cü illərdə 36 oyuna çıxıb, 5 qol vurub. Sabiq hücumçu Avropada əsasən “Ayaks”dakı (1996-2000) çıxışı ilə yadda qalıb.

Seçilən
119
1

1Mənbələr

Şərh ()
Bağla