AZ

Broyler toyuqlarının bu hissələrini yemək olmaz!

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir.  Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insan sağlamlığı üçün zərərlidir. Məsələn, toyuq boynunda zərərli maddələrin və bakteriyaların toplana biləcəyi limfa vəziləri var. Toyuq boynundan müntəzəm istifadə xərçəngə tutulma riskini artıra bilər.
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuqlarda bakteriya aşkarlanıb
Toyuq bağırsaqlarında qida qalıqları və müxtəlif bakteriyalar ola bilər. Toyuğun bu hissəsinin istehlakı qanda yağ səviyyəsinin artmasına səbəb ola bilər.

Toyuq ayaqları orqanizmin həzm etməkdə çətinlik çəkdiyi yağlarla zəngindir. Bundan əlavə, onların tərkibində bədənə daxil olduqda insan sağlamlığına mənfi təsir göstərən hormonlar ola bilər.

Toyuq quyruğu və ya qaz quyruğu da sağlamlığa zərər verə biləcək toksin və bakteriya mənbəyi ola bilər.

Həkimlər sağlamlıq risklərini minimuma endirmək üçün toyuq hissələrini seçərkən diqqətli olmağı tövsiyə edir.

Toyuğun ən faydalı hissəsi dərisiz döş ətidir. Bu hissə yüksək keyfiyyətli protein mənbəyidir və həmçinin toyuğun digər hissələri ilə müqayisədə daha az yağ ehtiva edir. 

Döş ətində də daha az doymuş yağ və xolesterol var.

Milli.Az bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov bildirib ki, broyler şəraitində, fabriklərdə yetişdirilən toyuqların qida rasionlarının qorunması və tənzimlənməsi prinsipləri bir çox hallarda pozulur:

"Çəkisinin artırılması üçün proteinli qida məhsulları ilə  yemləndirilən toyuqların yem vahidi bioloji inkişaf müddətinə nəzərən düzgün hesablanmadıqda onların orqanizmində kanserogen və toksiki maddələrin miqdarı artır ki, bunun da istehlakçılara mənfi təsirləri olur. Həm xərçəng xəstəliyinin, həm də digər toxumaların zədələnməsinə zəmin yaranır. 

Broylerdə quşların vaxtından əvvəl çəki alması üçün fərqli qida rasionları tətbiq olunur. Yemləmə üçün istifadə olunan proteinlər həm normadan artıq verildikdə, həmçinin optimal mühitdə saxlanılmadıqda onların təbii kimyəvi quruluşlarının pozulması baş verə bilir.  Bu halda proteinli qidalar kanserogen maddələrə çevrilirlər".

"Toksinləri çox olan quş ətindən istifadə etmək təhlükəlidir"

Abbas Bağırov həmin kanserogen və ya toksiki maddələrin toyuğun bədəninin hansı nahiyəsində toplanmasından asılı olmayaraq, insanlar üçün potensial təhlükə mənbəyinə çevrildiyini qeyd edib:

"Toyuq və  digər quşların yetişdirilmə müddəti optimal olsa, standartalara uyğun şəkildə normativlərə cavab versə, o zaman quş ətinin təhlükəsizliyi haqqında danışmaq olar. Bir sıra fabriklərdə yetişdirilən quşların yemlənməsi texniki- normativ sənədlərə uyğun deyil. O səbəbdən də bir çox risklər yaranır. 

Qeyd etmək lazımdır ki, quşların bel nahiyəsi dərisində, arxa-quyruq hissəsində, qanad büküşlərində doymuş yağlar daha çox toplanır. Toksinləri çox olan quş ətindən istifadə etmək təlükəlidir. Hansı ki dönərxanalarda və "fast food" yeməklər hazırlanan iaşə obyektlərində çox vaxt bu amillər nəzərə alınmır, insanlar bu cür keyfiyyətsiz məhsullarla qidalandığı zaman ciddi zərərlər görürlər. 
Müayinələr göstərir ki, quşlarda toksinlərin az toplandığı nahiyə döş nahiyəsidir. Çünki o nahiyədə bilavasitə qan damarlarının təchizatı zəifdir".

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
saglamolun.az

10Mənbələr