AZ

“Poyraz karayel” ispan serialında baş rolda

“Poyraz karayel” serialındakı obrazı ilə məşhurlaşan türkiyəli aktyor İlker Kaleli ispan layihəsində baş rolda yer alıb.

OLAY yazır ki, “La Pasion Turca” (Türk Ehtirası) adlı ekran işi İspaniyada “Antena 3” kanalı və “Atres player” platformasında yayımlanıb.

ABŞ, İngiltərə, Niderland və Latın Amerika ölkələrində də təqdim olunacaq serialın Türkiyədə nə zaman, hansı kanalda yayımlanacağı bəlli deyil.

Qeyd edək ki, ekran işində rol alan tək türk aktyor Kaleli deyil. Burak Hakkı və Zeynep Tuğçe Bayat da sözügedən serialda yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
olay.az

1Mənbələr