AZ

MƏRHƏMƏT UMMA - Şeir

Cilalayar zaman səni, il səni,
Kökdən salar, gah kökləyər zil səni,
Ha sevsən də, yeyəcəkdir, bil, səni,
Bu dünyadan çox mərhəmət umma sən.

Sadə yaşa, düşünmə gəl  şan, ünü,
Bu günə bax, yada salma sən dünü,
Şükür eylə yaşadınsa on günü,
Bu dünyadan çox mərhəmət umma sən.

Adəm oğlu bu dünyayla yarışma,
Ağlın varsa, pis işinə qarışma,
Demirəm ki, küs, onunla barışma,
Deyirəm ki, çox mərhəmət umma sən.

ŞAMİL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
hurriyyet.az

1Mənbələr