AZ

Varşavada ticarət mərkəzində yanğın olub

Polşanın paytaxtı Varşavada iri ticarət mərkəzlərindən birində yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında olub.

Bildirilib ki, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər yanğın artıq demək olar ki, bütün obyekti bürüyüb.

Ölkənin Dövlət Yanğından Mühafizə İdarəsinin məlumatına görə, yanğının söndürülməsi üçün onlarla xilasedicilər briqadası, o cümlədən xüsusi kimyəvi-ekoloji qrup işləyir.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
4
qafqazinfo.az

5Mənbələr