AZ

Arda Gülərdən "Real" azarkeşlərinə müraciət: "Gözləyirik..."

La Liqanın 35-ci həftəsində "Real Madrid" səfərdə "Qranada"nı 4:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun qollarını Fran Qarsiya, Arda Gülər ​​və Brahim Diaz (2) vurub. Ötən həftə çempionluğu təmin edən Madrid təmsilçisi xallarının sayını 90-a çatdırıb.

Arda Gülər ​​matçdan sonra açıqlama verib.

Qələbəyə sevindiklərini bildirən Arda Gülər, "Rəqibimiz aşağı liqaya düşdüyü üçün bu gün çox sevinc yaşaya bilmədik.

İndi özümə inamım yüksəkdir. Komandaya və liqaya uyğunlaşdım. Çox xoşbəxtəm və sabahı qeyd etmək istəyirəm. Sabah bütün azarkeşləri gözləyirik".

Qeyd edək ki, "Real" çempionluğu sabah "Cibeles" meydanında qeyd edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
1
offsideplus.az

2Mənbələr