AZ

Mal-qara qəzaya səbəb olsa sahibini hansı cəza gözləyir?

Bir neçə gün əvvəl Zərdabda yola çıxan iribuynuzlu heyvanları vuraraq qəza törədən sürücü aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişmişdi.

Avtosfer.az xəbər verir ki, bu cür qəzalar avtomobil yollarında təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib.

Sürücülərin sözlərinə görə, əsasən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması və heyvanların kortəbii şəkildə magistral yollardan keçirilməsi, yol-nəqliyyat hadisələrinə səbəb olur.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, İnzibati Xətallar Məcəlləsinə görə mal-qaranı yollara nəzarətsiz buraxmaq 40 manat cərimə ilə nəticələnə bilər və bununla bağlı bir müddət əvvəl başlanılan təbliğat işləri müəyyən nəticələr versə də, hələ də bu məsələyə məsuliyyətsiz yanaşan vətəndaşlar var:

Bakupost.az

“Onlar elə bilirlər ki mal-qaraya nəsə olsa, dəymiş zərəri sürücü ödəməlidir. Amma əksinə, belə hadisələrə görə mal-qara sahibi məsuliyyət daşıyır. Buna görə də hesab edirəm ki, vətəndaşlar arasında təbliğat işi daha da gücləndirilməlidir”.

Ekspert onu da vurğalıyır ki, mal-qara sahibləri başa düşməlidirlər ki, heyvanın avtomobil yoluna çıxarılması ağır yol qəzasına səbəb oluduqda ciddi şəkildə cəzalandırılacaqlar.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
avtosfer.az

1Mənbələr