AZ

Terapevt 60 yaşdan yuxarı insanlarda ayaq ağrılarının səbəblərini izah edib

Qığırdaq və sümük strukturlarında degenerativ dəyişikliklər, həmçinin metabolik pozğunluqlar və sidik turşusu duzlarının çökməsi 60 yaşdan yuxarı insanlarda ayaq ağrılarına səbəb ola bilər.

Aztibb.az xəbər verir ki, terapevt Tatyana Romanenko bu barədə “Moskva 24” portalına danışıb.

Mütəxəssisin sözlərinə görə, yaşlı insanlarda osteoporoz və osteopeniya kimi problemlərin inkişafı çox vaxt qeydə alınır.

“Fakt budur ki, bu yaşda insanın sümükləri daha yumşaq olur, sinir lifləri və ucları sıxılır. Bu da ayaqlarda ağrı yaradır”, - deyə həkim izah edib.

Qeyd olunur ki, aşağı ətraflarda ağrılar həm də onurğa sütununda yaranan problemlər, o cümlədən yırtıq, şəkərli diabet nəticəsində yarana bilər. Diabetli insanlar da gecə yuxusunda iynə batma, uyuşma və şiddətli ağrı hiss edə bilərlər. Bənzər bir problem müəyyən vitamin və mikroelementlərin olmaması səbəbindən də yarana bilər.

"B vitaminlərinin çatışmazlığı, dəmir (anemiya), kalsium - bütün bunlar yaşlı insanlarda ayaq ağrılarına səbəb ola bilər" deyə Romanenko yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
aztibb.az

1Mənbələr