AZ

"Dinamo" Emrelinin ayrılmasına problem yaratmayacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Dinamo" Mahir Emrelinin yayda komandadan ayrılmasına problem yaratmayacaq. 

Sportal.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

"24sata" portalı Zaqreb klubunun baş məşqçisi Sergey Yakiroviçin Emreliyə güvənməyəcəyini iddia edib: 

"Emrelinin “mavilər”lə 2026-cı ilin yayına qədər müqaviləsi qüvvədədir. Futbolçu bir aydan çoxdur ki, qışda aldığı zədədən sonra sağalıb və artıq əsas komanda ilə normal məşq edir. Lakin hələ də çempionat matçlarının siyahısında yoxdur. Sergey Yakiroviç sadəcə olaraq, Emreliyə "Dinamo"da yer olmadığın aydınlıq verib. "Dinamo" bu mövsüm komandaya böyük təsir göstərməyən mümkün qədər çox bahalı oyunçu ilə yollarını ayırmaq qərarına gəlib. Şübhəsiz ki, Emreli onlardan biridir. Ona görə də Zaqrebi tərk etmək istəyində heç kim ona problem yaratmayacaq. O, “Dinamo”nun forması ilə 45 oyun keçirib, 10 qol vurub, lakin Xorvatiya klubu üçün güclü oyunçu olduğunu olduğunu heç vaxt sübut etməyib".
 

Seçilən
119
1

1Mənbələr

Şərh ()
Bağla