AZ

Xarkov vilayətində təxliyə: 2 minə yaxın insan kəndlərdən çıxarılıb

...Dünən nə deyirdilər, bu gün nə edirlər..?

Deməli, Xarkov vilayətində sərhədyanı yaşayış məntəqələrindən əhalinin təxliyəsi davam edir.

Ukrayna Milli Polisinin məlumatına görə, son 24 saat ərzində 970 nəfər təxliyə edilib.

Qeyd edim ki, SİA bu barədə rus saytlarına istinad edir.

Rusların yazdığına görə, ümumilikdə, mayın 10-dan polis təxminən 1,8 min nəfəri, o cümlədən Tsirkunovskaya ərazi icmasından 299, Lipetskayadan 183, Volçanskayadan 441 nəfəri təxliyə edib.

Xatırladaq ki, Xarkov vilayətində əhalinin təxliyyəsi mayın 10-da Ukrayna Müdafiə Nazirliyi ehtiyat ordu hissələrinin Volçansk istiqamətinə köçürülməsini elan etdikdən sonra başlayıb.

Belə ki, sərhəd rayonlarının sakinlərinə evlərini tərk etmək tövsiyə olunub.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
sia.az

1Mənbələr