Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

hakimiyyet.az xəbər verir ki, son olaraq iki qarşılaşma gerçəkləşəcək.

Çempionatda sonuncu olacağı dəqiqləşən “Qəbələ” avrokuboklara iddialı “Sabah”ı qəbul edəcək. “Qırmızı-qaralar”ın 20 xalı var. Paytaxt təmsilçisi hələlik 52 xalla dördüncü pillədə qərarlaşıb.

Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası “Səbail”i sınağa çəkəcək. “Gənclik şəhəri” təmsilçisi 51 xalla 5-ci “dənizçilər” 42 xalla yeddinci sıradadır.

Azərbaycan Premyer Liqası

XXXIV tur

17:00. “Qəbələ” - “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” - “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Məmmədov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl “Neftçi” “Kəpəz”i (5:1), “Turan Tovuz” “Araz-Naxçıvan”ı, “Qarabağ” “Zirə”ni (hər ikisi 1:0) məğlub edib.