AZ

Tramp xalqa SÖZ VERDİ: "Ağ Evə yenidən daxil olan kimi..."

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçicilərinə vəd edib ki, onları Meksikadan gələn sonsuz miqrant axınından xilas edəcək.

Publika.az xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.

Eks-prezident seçkidə qalib gələcəyi təqdirdə ABŞ-ın cənub sərhədini bağlayacağına söz verib.

Tramp Nyu Cersidəki mitinqdə bildirib ki, bununla o, qeyri-qanuni mühacirləri mənsub olduqları yerə göndərəcək. Amerika mediasının yaydığı məlumata görə, sözügedən mitinqdə 80-100 min adamın iştirak edib.

Bundan əlavə, Tramp Ağ Evə yenidən daxil olduqdan dərhal sonra Amerika tarixində qeyri-qanuni mühacirlərin ən kütləvi deportasiyasının başlayacağını bildirib.

Seçilən
100
1
1

1Mənbələr

Şərh ()
Bağla