AZ

İSİM-in nümayəndələri UNİCEF-in təşkil etdiyi təlimlərdə iştirak ediblər

BMT-nin Uşaq Fondunun (UNİCEF) təşkilatçılığı ilə “Uşaqların ətraf mühitlə bağlı sağlamlığı” mövzusunda təlimçilər üçün təlim (TOT) keçirilib.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) Aztibb.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki və digər tibb müəssisələrindən 40 benefisiarı bir araya gətirən təlimlərdə iqlim dəyişikliyi, ev təsərrüfatı və açıq hava çirklənməsi, elektron tullantılar və onların uşaqların sağlamlığına təsirləri kimi mühüm mövzular müzakirə edilib.

 

Təlimlərin keçirilməsinin əsas məqsədi tibb işçilərinin bu sahədə xəstəliklərin diaqnostikası, qarşısının alınması və idarə edilməsi ilə bağlı bacarıqlarını artırılması olub.

 

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva və həmin şöbənin müavini Zümrüd Kazımova, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova və İctimai Sağlamlıq şöbəsinin əməkdaşı Samir Əfəndiyev təlimlərdə iştirak ediblər.

 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
aztibb.az

1Mənbələr