AZ

“Xarıbülbül” təntənəsi

Bu gözəl bayrama, çal-çağıra tamaşa edənlərin gözlərindəki sevinci sezməmək mümkün deyil. Onlar sevinc dolu təəssüratlarını dilə gətiriblər. Onların ürək sözlərini təqdim edirik.

Xalq artisti Arif Babayev: 

– Şuşanın azadlığını gör­mək, hər qarışı, hər cığırı doğ­ma olan bu yerləri dolaşmaq bir qarabağlı olaraq, mənim üçün çox böyük xoşbəxtlikdir. Əslində, Şuşa təkcə orada do­ğulub boya-başa çatan, uşaq­lığı, gəncliyi həmin diyarda keçənlərin deyil, hər bir azər­baycanlının Vətənidir. Düşü­nürəm ki, burada təşkil olunan tədbirlərin hamısı bir-birindən gözəl və qiymətlidir. Belə gözəl tədbirlərdə iştirak etdi­yim üçün çox xoşbəxtəm. 

Xalq artisti Zeynəb Xan­larova: 

– Şuşaya dəfələrlə gəl­səm də, burada ilk dəfədir səhnəyə çıxıram. Bu, böyük səadətdir. Çox sevinirəm ki, belə gözəl festivalda həm iş­tirak etdim, həm də mahnımı oxudum. Qala-şəhərdə təşkil olunan hər bir tədbir mənim üçün əlamətdardır. Bu sıra­da “Xarıbülbül” festivalının özünəməxsus yeri var. 

Xalq artisti Ramiz Quliyev:

– Həm bu festivalı, həm də son vaxtlar ölkəmizdə yaşa­nan əlamətdar günləri yüksək dəyərləndirirəm. Bu günlərdə ölkəmiz bir-birindən maraq­lı və yaddaqalan hadisələrə şahidlik edir. Ulu öndər Hey­dər Əliyevin anadan olması­nın 101-ci ildönümü, Heydər Əliyev Fondunun yaradılma­sının 20 illiyi, ardınca da “Xa­rıbülbül” festivalı ölkəmizdə əsl bayram əhvali-ruhiyyəsi yaradıb. Bunlar unudulmaz, əziz günlərdir. 

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
xalqqazeti.az

1Mənbələr