AZ

Ərdoğan ABŞ-a səfərini buna görə LƏĞV EDİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri ləğv etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, Yunanıstanın Kathimerini qəzetinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, buna səbəb hər iki tərəfin iş qrafikinin sıx olmasıdır.

"Bildiyiniz kimi, Birləşmiş Ştatlar seçki ərəfəsindədir və cənab Baydenin cədvəli daha da sıxlaşıb", - o deyib.

Siyasətçi əlavə edib ki, belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir. Ərdoğan bildirib ki, hazırda münasib tarix müzakirə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
publika.az

1Mənbələr