AZ

“Lamborghini” mühərriklərin səsləri yazılmış aksesuar təqdim etdi - FOTO

“Lamborghini” şirkəti V12 mühərriklərinin səsləri yazılmış vinil disklər buraxıb. Bu, italyan avtomobil istehsalçısı tərəfindən brendin həvəskarları üçün aksesuar olaraq nəzərdə tutulub.

Disklər “Lambo” ilə eyni - 60 yaşa malik olan, lakin idman avtomobilləri deyil, DJ-lər üçün peşəkar musiqi avadanlıqları istehsal edən “Technics” şirkətilə tərəfdaşlıq sayəsində ərsəyə gəlib.

Disklərin tirajı məhduddur. Onları iyun ayının sonuna qədər sifariş vermək mümkündür.

Aksesuarın qiyməti açıqlanmayıb.

Mənbə: motor.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
3
oxu.az

4Mənbələr