AZ

Nigeriyada silahlı dəstələrin hücumu nəticəsində 30 nəfər ölüb

Nigeriyanın Zamfara əyalətində silahlı dəstə üzvlərinin həyata keçirdikləri hücumlarda 30 nəfər həyatını itirib.

APA xarici KİV-ə istinadən xəbər veirir ki, bu barədə Zamfara polisinin sözçüsü Yezid Əbu Əbubəkar açıqlama verib.

Dəstə üzvləri əyalətin Maradun və Tsafe bölgələrində hücum təşkil ediblər.

Hücum bölgəsinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Əbubəkar, əməliyyatlarla bağlı detalların daha sonra veriləcəyini bildirib.

Bölgə imamı da daxil olmaqla çox sayda insanın qaçırıldığı qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
5
apa.az

6Mənbələr