AZ

Günlük villa kirayələrinə maraq artıb - VİDEO

Son zamanlar villalarda ad günü, məzun günü və toy mərasimlərinin keçirilməsi ilə bağlı müraciətlərin sayı artıb.

Xezerxeber.az-ın xəbərinə görə, əmlak ekspertləri deyirlər ki, vətəndaşların seçimi əsasən dənizkənarı ərazilərdə yerləşən bağ evləri, villalardır.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, illərdir bir ənənə halına çevrilərək restoranlarda qeyd olunan belə tədbirlərə marağın azalmasına səbəb isə menyu və icarə qiymətlərinin artmasıdır.

Villaların qiyməti isə günlük 1000-5000 manat arasında dəyişir.

Bu qiymətə yalnız bağ evində gecələmə və evdə olan əşyalardan istifadə daxildir.

Ətraflı videomaterialda:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
3
oxu.az

10Mənbələr