AZ

Rusiyada avtobusun çaya düşməsi ilə bağlı MMC rəhbəri saxlanıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sankt-Peterburqda sərnişinləri olan avtobusun Moika çayına düşməsi ilə bağlı aparılan cinayət işi çərçivəsində “Taksi” MMC-nin rəhbəri saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti açıqlayıb. 

İdarədən verilən məlumata görə, o, əmək və nəqliyyat intizamına əməl etməməkdə şübhəli bilinir.

Araşdırmaya görə, bir neçə gündür ki, nəqliyyat vasitəsinin sürücüsünə lazımi istirahət vaxtı verilməyib. Hazırda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Xatırladaq ki, avtobusun çaya düşməsi nəticəsində 7 nəfər ölüb. 

Seçilən
145
33
1

1Mənbələr

Şərh ()
Bağla