AZ

Keçmiş sevgilisinin avtomobilini qisas məqsədilə yandırıb

Bu dəfə...Leninqrad vilayətində keçmiş sevgilisindən qisas almaq qərarına gələn bir kişi, onun avtomobilini yandırıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nəticədə avtomobil tamamilə yanıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 7-də Qatçina rayonunun Taitski kənd qəsəbəsindəki evlərdən birinin yaxınlığında yanmış “VAZ-2114” aşkar edilib.

Polis 45 yaşlı qadına məxsus avtomobilin yandırıldığını müəyyən edib.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi (əmlakı qəsdən məhv etmə və ya zədələmə) ilə cinayət işi açılıb.

Ötən cümə günü, mayın 10-da polis Qatçina rayonunun Orexovka kəndində yanğın törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Onun Vısokoklyuçevoy kəndinin 44 yaşlı işsiz sakini olduğu üzə çıxıb. İlkin məlumatlara görə, rusiyalı bu hərəkəti keçmiş sevgilisindən qisas almaq məqsədilə edib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
sia.az

1Mənbələr