AZ

Bakılı qubernatorun qarşısını “silah baronu” kəsə bilər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sankt-Peterburq qubernatorluğu uğrunda münarizədə Beqlovun rəqibi  ABŞ-da 15 il həbsdə  olmuş  Viktor Butun olacağı deyilir   

Sankt-Peterburqa rəhbərlik uğrunda sentyabrda keçiriləcək seçkilərə artıq start verilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, hazırkı qubernator Aleksandr Beqlovun rəqiblərinin kimlər olacağı xüsusi maraq doğurur. Namizədlər sırasında "Ədalətli Rusiya"nın  lideri Sergey Mironovun qardaşı qızı, Nadejda Tixonovanın, “InFinTech” texnoloji parkının baş direktoru Mariya Mixaylovanın və  Amerikada 15 il  həbsdə yatandan sonra Rusiyaya təhvil verilən "silah baronu" Viktor Butun adı çəkilir. 

Yaxın günlərdə  Azərbaycanda səfərdə olmuş Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər. Valideynlərim Bburada olanda  müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anam isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasın dostları  onları burada himayə ediblər. Beqlovun atası  İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov da Bakıda doğulub. O, ailədə səkkizinci uşaq olub.

Viktor

 Viktor But

Postsovet Sankt-Peterburqun tarixində şəhərin indiyədək  beş meri olub: Anatoli Sobçak (o zaman mer vəzifəsi, 1991-1996), Vladimir Yakovlev (1996-2003), Valentina Matviyenko (2003-2011), Georgi Poltavçenko (2011-2018) və Aleksandr Beqlov (2019-cu ildən) Bildirilir ki, Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur.  Ötən il Beqlovun istefası ilə bağlı petisiyada  1,3 milyondan çox sakin  qubernatorun istefaya göndərilməsini istəyib.

b4afda62e1ad1a9429946af925028402c721bd6e69ac33030ed8621982e31579-jpg.jpg

Merin idarəçiliyindən narazılıq qeyd edildiyi kimi, çoxdan var, amma sakinlərin səbrinin son damlası Beqlovun MDB ölkələrinin assambleyasında Ukrayna bayrağı fonunda çıxışı olmuşdu. Amma prezident Putin onun vaxtından əvvəl istefaya gndərmədi. Bu yaxınlarda isə ölkə prezidenti Sankt-Peterburq qubernatorundan  şimal paytaxtının daxili turizmdə  niyə üçüncü yerdə olmasını soruşub.  Bütün bunları o  sentyabr seçkilərinin  Sankt-Peterburq qubernatoru üçün asan keçməyəcəyi barədə iddiaları artırıb. 

Daha bir maraqlı məqam ABŞ-da 15 illik həbsdən çıxdıqdan sonra  RLDP sıralarına qoşulan Viktor Butun özünü qubernatorluğa namizəd kimi irəli sürə biləcəyidir.  "Silah baronu" kimi tanın Viktor But hazırda Sankt-Peterburqda yaşayır. Amma qubernatora daha ciddi problem yarada biləcək  namizəd “InFinTech” texnoparkının baş direktoru Mariya Mixaylovadır.

Musavat.com 

Seçilən
233
1
1

1Mənbələr

Şərh ()
Bağla