AZ

Rusların Xarkovu tutmaq planları tamamilə iflasa uğrayıb..?

...Xarici Kəşfiyyat Xidmətinin veteranı Vasili Boqdan Rusiyanın Xarkov vilayətinin şimalındakı hücum əməliyyatının və Xarkova doğru irəliləmək cəhdinin tamamilə uğursuz olduğunu bildirib.

...Rusların Xarkov vilayətini yarıb keçmək cəhdi də uğursuz oldu. Belə ki, ruslar tərəfindən ələ keçirildiyi iddia ediləndörd yaşayış məntəqəsinin ətrafındakı boz zona işğalçıların yerləşdiyi yaşayış məntəqələrinin tezliklə azad ediləcəyini söyləməyə əsas verir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu deyənBoqdan, iddia edir ki, tərəfdaşlardan sursat və zirehli texnika Ukraynaya gəlməyə başlayıb və bu, cəbhə xəttindəki vəziyyəti dəyişəcək.

...Rusların Xarkov vilayətinin şimalında itkilər verdikləri indiki halda, artıq hərbi texnikanın Ukraynaya çatdırılmasına başlanılıb, bu, təbii ki, hərbi əməliyyatların gedişatını bizim xeyrimizə dəyişməyə imkan verəcək.

Bunu da Boqdan deyib.

...Hazırda rus işğalçılarının israrla hücuma keçməyəçalışdıqları Xarkov vilayətindəUkrayna Silahlı Qüvvələriheç bir mövqe itirməyib.

Bunu isə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov deyib.

...İndi düşmən Liptsov istiqamətində, Volçansk istiqamətində, Xarkov istiqamətində Xarkov vilayətinin dərinliklərinə soxulmağa çalışırlar, lakin əsgərlərimiz bütün bunların qarşısını alırlar.İndi cəbhə faktiki olaraq vəziyyət sabitləşib.

Bunu da Sinequbov deyib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
sia.az

1Mənbələr