AZ

Daşnaklarla vuruşan, saxta ittihamlarla güllələnən irəvanlı general – VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Medianews.az xəbər verir ki, budəfəki veriliş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) irəvanlı generalı Qambay Vəzirova həsr olunub.

Bildirilir ki, hərbi xadim, diviziya komandiri, general-mayor, repressiya qurbanı Q.Vəzirov 1899-cu il avqustun 19-da İrəvan quberniyasında dünyaya gəlib.

İlk yeddiillik təhsilini İrəvan kişi gimnaziyasında alıb. 1918-ci ildə altı ay Türkiyədə işləyib. 1919-cu ildən AXC-nin Milli Ordusunda xidmət edib. 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşub.

1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbər olmasına dair saxta ittihamlar əsasında həbs edilərək güllələnib. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə Q.Vəzirova ölümündən sonra bəraət verilib.

Seçilən
77
1

1Mənbələr

Şərh ()
Bağla