AZ

Oteldəki ölüm hadisəsində fərqli iz: Dörd dostun yanında başqa kimlər olub?

Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu gündəmdədir. Ailə hadisənin “My Music” otelində baş verdiyini və gənclərin qidadan zəhərləndiyini bildirir. Lakin otel bunu inkar edir, açıq şəkildə gizlətməyə çalışır. 

Otelin bu rəftarı onlar üçün hüquqi məsuliyyət yaradırmı?

Mövzunu şərh edən vəkil Mehman Muradlı deyib ki, ölüm hadisəsi oteldə baş versə də, həmin otelin sahibi və ya işçilərini məsuliyyətə cəlb etməzdən öncə gənclərin ölüm səbəbini müəyyən etmək vacibdir.

O deyib ki, faktiki olaraq ilkin məlumata görə, 2 nəfər ürək tutmasından vəfat edib:

“Ürək tutmasına səbəb fərqli ola bilər. Məsələn, deyildiyi kimi, onların içkili olması və ya içkili halda hər hansı bir preparat qəbul etməsi də ölüm həddinə çatdıra bilər. Burada otelin hər hansı məsuliyyətindən söhbət gedə bilməz. Hələlik ekspertiza rəyi olmadığına görə, konkret nəsə demək olmur. Amma qidadan zəhərlənmiş olsalar, o zaman otel sahibi, rəhbərliyi məsuliyyət daşıyır”.

Vəkilin sözlərinə görə, otel sahibinin məkanın adının hallandırılmasını istəməməsi və s. marketinqlə bağlı məsələdir:

“Onlar imicinə xələl gəlməsini istəmirlər. Oteldə ölüm halı baş verdiyi üçün insanlar oradan ehtiyat edərlər və onun biznesinə ziyan dəymiş olar. Bu məsələlərdə konkret olaraq otel müştəri itirir. Ona görə də adının hallanmasını istəmir. Ekspertizanın rəyindən sonra dəqiq bilinəcək ki, ölümə səbəb içki ilə qarışdırılan preparat olub, yoxsa qida”.

M.Muradlı həmin an oteldə başqa şəxslərin olduğunu istisna etmir:

“Burada 4 oğlan olubsa, çox güman ki, xanım da olub yanlarında. Düzdür, kiminsə olub-olmaması ilə bağlı məlumat yoxdur. Bu, sadəcə, versiyadır. Gənc adamdırlar, başqa nəsə demək yaraşmaz. Qəbirləri nurla dolsun”.

Globalinfo.az bir neçə dəfə “My Music” oteli ilə əlaqə saxlayıb. Lakin zəngə cavab verən fərqli şəxslər hadisənin həmin oteldə baş verdiyini inkar ediblər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
285
10
news365.az

10Mənbələr