AZ

Sankt-Peterburqda avtobusun çaya düşməsi ilə bağlı bir nəfər saxlanılıb

Sankt-Peterburqda avtobusun çaya düşməsi ilə bağlı bir nəfər saxlanılıb

Sankt-Peterburqda avtobusun Moyka çayına düşməsi nəticəsində insanların ölümü ilə bağlı şübhəli şəxs saxlanılıb.



Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“İnsanların daşınmasını təşkil edən “Taksi” MMC-nin kortejinin rəisi şübhəli şəxs qismində saxlanılıb”, - deyə idarədən bildirilib.

İdarədən qeyd edilib ki, vəzifə təlimatına uyğun olaraq o, əmək və nəqliyyat intizamına, habelə sürücülərin iş və istirahət rejiminə əməl olunmasına nəzarət etməyə borcludur. İstintaqın məlumatına görə, çaya düşən avtobusun sürücüsünə bir neçə gün lazımi istirahət vaxtı verilməyib.

Qeyd edək ki, mayın 10-nun da Rusiyanın St. Sankt-Peterburq şəhərində sərnişin avtobusunun çaya düşməsi nəticəsində 4 nəfər ölüb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
afn.az

1Mənbələr