AZ

Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO

“İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir. Biz İsrail hökumətini beynəlxalq humanitar hüquqa hörmət etməyə və Rəfahda quru əməliyyatı keçirməməyə çağırırıq”.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişel rəsmi “X” hesabında yazıb.

Mişel həmçinin Avropa İttifaqından humanitar yardımın bölgəyə daxil olmasına icazə vermək üçün sərhəd keçid məntəqələrinin açılması ilə bağlı çağırışlarını təkrarlayıb. O, danışıqların davam etdirilməsinin vacibliyini bəyan edib.
Bundan əlavə, Mişel İsraillə yanaşı sülh və təhlükəsizlik şəraitində yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılmasına çağırıb.


Bizim.Media

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
2
bizim.media

3Mənbələr