AZ

Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - Vəziyyəti ağırdır

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Ə.M (ad, soyad şərtidir) bu gün axşam saatlarında oynayarkən itlər ona hücum edib. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, azyaşlı saat 19:30 radələrində təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb:

“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
11
yenisabah.az

10Mənbələr