AZ

"Neftçi"də nə adına layiq oyun üslubu, nə də heyət görünmür" - ArifƏsədov Eminlə görüşdü və...

"Neftçi" Misli premyer-liqasının 34-cü turunda evdə "Kəpəz"i darmadağın edərək (5:1) 5-ci pillədən ikinciyə yüksəldi.

Bununla "avrokubok zonası"na dönən komanda azarkeşləri yenidən ümidləndirdi. "Ağ-qaralar"ın turu hansı sırada bitirəcəyi ən yaxın izləyicilərinin bu gün və sabah əldə edəcəyi nəticələrdən asılıdı.

Bəs, ötən həftə "Qarabağ"ın "beş parça etdiyi" (0:5) bakılılarda nə dəyişdi? Kollektivin həqiqətən dirçəldiyini və son iki turda da lazım olan xalları qazanacağını iddia etmək mümkündü? Yoxsa yeganə səbəb "Kəpəz"in xeyli itkiylə meydana çıxmasıdı?

Bu suallarla təcrübəli mütəxəssis, əsas millimizin məşqçisi Arif Əsədova müraciət etdik. Onun "football-plus.az"a söylədikləri:

"Bir həftə ərzində ciddi dəyişikliyin olması real deyil. Düzdü, "Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm. Komanda layiq olduğu qələbəni qazandı. Lakin "Kəpəz"in də durumunu nəzərə almaq lazımdı. Gəncə təmsilçisi meydana xeyli itkiylə çıxmışdı. Həm vərəqə cəzalıları, həm də "Neftçi"də nə adına layiq oyun üslubu, nə də heyət görünmür" - ArifƏsədov Eminlə görüşdü və... var idi. Düşünürəm ki, nəticəyə təsir edən əsas amil bu idi. Buna baxmayaraq, qonaqlar hesabı açsa da, sonradan meydan sahibləri yaxşı oyun göstərərək qalib gəldi. Hadisələrin axarı böyükhesablı qələbənin qeydə alınacağını göstərmirdi. Sadəcə, "Kəpəz" ikinci qolu buraxdıqdan sonra ruhdan düşdü. Belədə rəqib ələ düşən fürsətlərdən rahat yararlandı".


Xatırlayırsızsa, dünən "ağ-qaralar"ın məşqçisi Saşa Petroviç Miodraq Bojoviçlə birlikdə işlərinə davam etsələr, komandanın daha da güclənəcəyini dedi. Arif bəydən Bakı təmsilçisinin yola onlarla davam etməsinin nə dərəcədə düzgün olub-olmadığını soruşduq:

"Dediyim kimi, ümumi performansı bir oyunla dəyərləndirmək doğru deyil. "Neftçi"də nə adına layiq oyun üslubu, nə də heyət var. Hər oyunun öz xüsusiyyətləri olur. Məşqçilərlə bağlı qərarı isə rəhbərlik verə bilər. Bu, bizim işimiz deyil".


Millimizin məşqçisi Emin Mahmudovun uzun müddətdi zədəli olması və bunun gələcək işlərinə təsiri haqda fikirlərini də bizimlə bölüşdü:

"Neftçi"nin "Qarabağ"la oyunundan əvvəl (33-cü tur - red.) Eminlə görüşdüm. Mənə zədəli olduğunu və bir müddət meydana çıxa bilməyəcəyini dedi. Millinin təlim-məşq toplanışına qədər sağlamlığını tam bərpa edib-etməyəcəyi bilinmir. Təbii ki, onun yoxluğu həm "Neftçi", həm də yığmamız üçün yaxşı hal deyil. İnşallah, tezliklə zədədən xilas olub əvvəlki formasına qayıdar".


KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
football-plus.az

1Mənbələr