AZ

Makron Ukraynaya dəstəyi gücləndirəcəyinə söz verib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının  Ukraynaya dəstəyini gücləndirəcəyinə söz verib. "Yeni Azərbaycan" xəbər verir ki, o, bu barədə özünün "YouTube" kanalında sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırmağa həsr olunmuş videoçarxında bildirib.

"Bizim gələcəyimiz və təhlükəsizliyimiz Ukraynada təhlükə altındadır", -  deyə Fransa lideri qeyd edib. Onun fikrincə, Fransa və Aİ Kiyevə dəstəyini gücləndirməlidir. Emmanuel Makron da bunun yaxın həftələrdə baş verəcəyini açıqlayıb.

Fransa prezidenti həmçinin izah edib ki, ölkəsi potensial düşmənin qarşısını almağa hazır olmaq üçün silahlanmalıdır. “Ümid edirəm ki, biz müharibəyə getməyə məcbur olmayacağıq, Fransa müharibə gücü deyil, sülh gücüdür, lakin biz sülh istəyiriksə, onu müdafiə etməliyik”, – deyə Makron vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərbin Ukraynaya əsgər göndərilməsi ilə bağlı bəyanatlarını eskalasiya kimi qiymətləndirib. Eyni zamanda Narışkin Avropa liderlərinin davranışını da məsuliyyətsizlik kimi qiymətləndirib.
Havar Şəfiyeva

Seçilən
138
3
1

1Mənbələr

Şərh ()
Bağla