AZ

İsraildən olan müğənni “Sülhməramlı” məlumat bazasına daxil edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

...İsrailli “Eurovision” iştirakçısı Eden Qolan Ukraynanın “Peacemaker” saytının məlumat bazasına daxil edilib. Bu barədə bazanın saytında məlumat verilir.

SİA-nın əldə etdiyi məlumata görə, o, Krımın işğalını leqallaşdırmaq cəhdlərində, işğal olunduğu iddia edilən ərazilərdə qeyri-qanuni kommersiya fəaliyyətində, habelə Ukraynanın dövlət sərhədini pozmaqda ittiham olunub.

Bundan əlavə, sayt müğənninin Ukrayna əleyhinə təbliğat xarakterli tədbirlərdə iştirak etdiyini göstərir.

Qeyd edək ki, bundan əvvəl aktyor Nikita Koloqrivoy Ukraynanın “Sülhməramlı” bazasına “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hücum” və Rusiyaya verdiyi dəstəyə görə əlavə edilib.

Bundan əvvəl Koloqrivoy xüsusi hərbi əməliyyat zonasındakı rus hərbçilərinə təhlükəsizlik şəraitində fəaliyyət göstərmək imkanı verdiyinə görə təşəkkür edib.

Nazlı

Seçilən
55
1

1Mənbələr

Şərh ()
Bağla