AZ

Ağcaqanadlar həyati təhlükə yaradır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yazını böyüt
Yazını kiçilt

Son illər dünyada ağcaqanadların sayı artırıb. Mütəxəssislər bu vəziyyətin qlobal istiləşmə ilə bağlı olduğunu və ağcaqanadların bir sıra xəstəliklərə səbəb olduğunu bildiriblər. Həkim Necla Birgül İyison ağcaqanadların, ümumiyyətlə, nektarla, dişilərin isə qanla qidalandığını,  yumurtalarının inkişafı üçün bu qandan istifadə etdiklərini açıqlayıb. Ekspert ağcaqanadların aktivləşmə müddətlərinin temperaturun aşağı düşmədiyi üçün uzandığını bildirib.

Yeri gəlmişkən, alimlər xəbərdarlıq ediblər ki, dünya əhalisinin çoxu əsrin sonuna qədər malyariya və denq kimi ağcaqanadlarla ötürülən xəstəliklərə yoluxmaq riski ilə üzləşə bilər. Mütəxəssislər ağcaqanadlarla yoluxan xəstəliklərin yayılmasına qlobal istiləşmə səbəb olduğunu deyirlər. Onlar növbəti bir neçə onillikdə Şimali Avropanın bəzi hissələrinə və dünyanın digər bölgələrinə yayıla bilər. Böyük Britaniya Səhiyyə Agentliyinin məlumatına görə, xaricdən gətirilən malyariyaya yoluxma hallarının sayı son 20 ildə ilk dəfə 2 mini ötüb. Departament,2022-ci ildəki 1,369-dan 2023-cü ildə İngiltərə, Uels və Şimali İrlandiyada xaricə səyahət etdikdən sonra 2,004 təsdiqlənmiş malyariya hadisəsinin olduğunu söyləyir. Agentlik əlavə edib ki, artım bir çox ölkələrdə malyariya xəstəliyinin yenidən artması və pandemiya məhdudiyyətləri yüngülləşdikcə beynəlxalq səyahətlərin çoxalması ilə əlaqədardır. Öz növbəsində, bütün dünyada Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydə alınan dang qızdırması hallarının sayı son 20 ildə on dəfə artaraq 2000-ci ildəki 500 mindən 2019-cu ildə beş milyondan çox olmuşdur.

Nəşr onu da qeyd edib ki, 2000-ci ildən bəri dang qızdırması daşıyan ağcaqanadlar Avropanın 13 ölkəsinə köçüb. 2023-cü ildə isə xəstəliyin yerli yayılması Fransa, İtaliya və İspaniyada müşahidə olunub.

“İqlim dəyişikliyi nəticəsində qlobal istiləşmə o deməkdir ki, malyariya və deng xəstəliyini daşıyan və yayan xəstəlik daşıyıcıları daha çox bölgədə məskunlaşa bilər və insanların immunoloji cəhətdən zəif olduğu və ictimai səhiyyə sistemlərinin hazırlıqsız olduğu yerlərdə epidemiyalar baş verəcəkdir. Daha uzun isti mövsümlər ağcaqanadlarla ötürülən xəstəliklərin yayılması üçün mövsümi pəncərəni artıracaq və nəzarət etmək getdikcə çətinləşən getdikcə daha tez-tez baş verən epidemiyalara kömək edəcək”, – deyə İspaniyadakı Katalan Tədqiqat və Təkmil Araşdırmalar İnstitutunun professoru Rachel Lowe xəbərdarlıq edir.

Tədqiqatçıların fikrincə, qlobal istiləşmə selsi üzrə 1 dərəcə ilə məhdudlaşdırılarsa, 2100-cü ilə qədər malyariya və dang xəstəliyinə yoluxma riski altında olan insanların sayı 1970-1999-cu illərlə müqayisədə daha 2,4 milyard nəfər arta bilər.

Eyni zamanda, ekspertlər karbon emissiyasının və əhali artımının mövcud trayektoriyası davam edərsə, əsrin sonuna qədər 4,7 milyard insanın denge qızdırması və malyariyadan əziyyət çəkə biləcəyini proqnozlaşdırıblar.

Mövzunu qəzetimizə şərh edən tibb məsələləri üzrə ekspert Rasif Bağırov da hesab edir ki, ağcaqanadın kifayət qədər çox xəstəlik daşıyıcısı olduğunu nəzərə alıb onlara qarşı profilaktik tədbirlər görülməlidir: “Ağcaqanadlar müxtəlif xəstəliklərin keçiriciləridir. Belə xəstəliklərə keçici xəstəlik deyilir. Bunlar arasında ən çox yayılmışı isə malyariyadır. Buna isə Azərbaycanda ən çox aran rayonlarında rast gəlinir. Sese milçəyi var ki, bu, əsasən, tropik qızdırmanın yaranmasına səbəb olur və bu da çox təhlükəli xəstəlikdir. Bundan başqa, müxtəlif virusların parazitləri milçəklərlə, ağcaqanadlarla yayıla bilər. Bu həşəratlarla mübarizə çox ciddi məsələdir”.

Onun sözlərinə görə, insanlar mümkün qədər ağcaqanad dişləməsindən qorunmalıdır: “Belə həşəratlar, əsasən, durğunluq sularında yayıldığından bu cür sahələrlə mübarizə aparılmalıdır. Sovet dövründə belə gölməçələr qurudulurdu və gölməçələrə yaxın ərazidə yaşayan adamlara profilaktik tədbir kimi müxtəlif xəstəliklər, xüsusilə də malyariya əleyhinə dərmanlar verilirdi. Yəni həmin dərmanı atmış adamı malyariya yayan ağcaqanad dişləsə belə o, xəstəliyə yoluxmurdu. Hazırda isə dispanser tədbirləri, demək olar ki, görülmür. Bu məsələlər ciddi şəkildə təşkil olunmalıdır”.

Məsələ ilə bağlı ekoloq Telman Zeynalov isə deyir ki, iqlim dəyişikliklərinə səbəb olan müxtəlif zərərli, bioloji silahlardan istifadə edilməsi anomal havaların meydana çıxmasına zəmin yaradır. Onun sözlərinə görə, temperaturun artması qlobal istiləşmə kimi təqdim edilir, lakin bu belə deyil: “İqlim həmişə dəyişilib. Bəşəriyyət 800 min il ərzində 5 dəfə istiləşmə, 4 dəfə də buzlaşma dövründən keçib. Hazırda biz tədricən 5-ci buzlaşma dövrünə doğru yaxınlaşırıq. Qlobal istiləşmə və ya buzlaşmanın neçə il sonra baş verəcəyini demək mümkün deyil. Bunun hamısı böyük dövlətlərin oyunudur. Havaya meteoroloji silahlar vasitəsilə zəhər buraxaraq temperaturu süni şəkildə artırırlar. İndi də ortaya atıblar ki, ağcaqanadların artmasına səbəb qlobal istiləşmədir. Təbii ki, havalar isti olanda ağcaqanadlar daha çox yumurta qoyur və çoxalırlar. Burada əsas maraqlı məqam odur ki, dünyada ağcaqanadların yaydığı xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq edilib. Deməli, oyun quran dövlətlər indi də bu yolla dünyada xəstəliklərin sayını artırmağa hazırlaşırlar”.

Rəna

Seçilən
92
1

1Mənbələr

Şərh ()
Bağla