Belqorod raket təhlükəsi fonunda güclü atəşə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Baza Telegram" məlumat yayıb.
Nəticədə 15 nəfər xəsarət alıb.
Hadisə şahidləri sosial şəbəkələrdə partlayışlar barədə məlumat verir, rayon sakinləri də yanan avtomobillərin görüntülərini paylaşırlar.
Mərmilərdən birinin yaşayış binasının girişinə düşdüyü bildirilir.
Mayın 11-də Belqorod və Belqorod vilayətində raket təhlükəsi elan edilib.
Müəllif: Pərvin Cəfərova