AZ

Premyer Liqa klubunda həlledici an - Hər kəs səfərbər oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mövsümün sonu yaxınlaşdıqca klublar yeni mövsümlə bağlı planlarını qurmağa başlayıb.

Amma “Sumqayıt”da bu baxımdan durum fərqlidir.

"Gənclik şəhəri" təmsilçisində durğunluq hökm sürür. Düzdü, bəzi futbolçularla danışıqlar start götürüb, amma instensiv fazaya keçməyib.

Hər kəs qarşıdakı həlledici 3 tura köklənib.

Bu da əbəs deyil.

Çünki komandanın növbəti sezon necə formalaşacağı böyük ölçüdə builki nəticədən asılı olacaq.

Əgər komanda avrokuboklara yollana bilsə, iddialar artacaq.

Hazırkı heyətin özəyi qorunacaq, güclənmək üçün yeni transferlər mütləq ediləcək.

Əks halda güclənmək bir kənara, indiki komandanı qoruyub saxlamaq belə çətin olacaq.

Çünki yayda qarşısına ortabab statusu qazanmaq qoyulan kollektiv gözlənilənlərin əksinə olaraq əla mövsüm keçirir.

Hazırda 51 xalla 4-cü pillədə olan “Kimyaçılar”ı 2-ci sıradan cəmi bir xal ayırır.

Belədə futbolçulara mükafatların ödənilməsi üçün hətta növbəti sezonun büdcəsinə müdaxilə qaçılmaz olub.

Rəhbərlik mövsümü arzu olunan kimi qapamaqla sponsorların marağını cəlb etmək və daha iddialı olmaq yolunda əlavə maliyyə əldə etmək niyyətindədir.

SPORTİNFO.AZ

Seçilən
71
1

1Mənbələr

Şərh ()
Bağla