AZ

Tbilisidə minlərlə insan yürüşdə iştirak edir


Tbilisidə minlərlə insan “Xarici agentlər haqqında” qanunun qəbuluna etiraz etmək üçün bir neçə küçədə yürüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, TASS-ın müxbiri bu barədə hadisə yerindən məlumat yayıb.
Bildirilir ki, müxalifətin təşkil etdiyi yürüş yerli vaxtla saat 19:00-da üç yerdən - Gürcüstan Parlamentinin yaxınlığındakı Birinci Respublika Meydanından, mərkəzdə yerləşən Marcanişvili meydanından və şəhərin kənarında yerləşən 300 Araqvintsev metrostansiyasından başlayıb. Marcanişvili meydanında onlara daha bir böyük qrup insan qoşulub. Üç məntəqədən aksiyanın bütün iştirakçıları Avropa Meydanına doğru gedib.
Etirazçıların keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayanıb. Polis yolda insanların hərəkətinə mane olmur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
yeniavaz.com

1Mənbələr