AZ

Zelenski: Rusiyanın hücum planlarını pozmaq bir nömrəli işdir

İndi bir nömrəli vəzifə Rusiyanın hücum planlarını pozmaq.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bu gün biz ilk növbədə cəbhə bölgəsinə - Rusiya hücumunun ən böyük riskinin olduğu ərazilərimizdəki vəziyyətə diqqət yetiririk. Müdafiə əməliyyatlarımız Xarkov vilayətində, Strileça, Krasne, Moroxovets, Oliynikove, Lukyantsi, Hatışçe və Pletenivka kəndləri yaxınlığında davam edir. Bunlar sərhəd kəndləridir. Artıq iki gündür ki, qoşunlarımız Ukrayna ərazisini müdafiə edərək orada əks-hücumlar keçirir”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Donetsk vilayətində vəziyyət xüsusilə Pokrovske istiqamətində - Semenivka və Netaylovedə gərgin olaraq qalır: “Orada hər gün 30-dan çox yanğın baş verir. Bu son dərəcə çətindir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
ikisahil.az

1Mənbələr