AZ

"Reel Agency" "Google"un Azərbaycandakı yeni partnyorudur!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Google" ilə tərəfdaşlıq güvənilir və inkişaf etməyə açıq olmaqdan xəbər verir.
Sözügedən tərəfdaşlıq, həm ölkəmizin adını sərhədlərdən kənarda səsləndirir, həm də agentliyin peşəkar fəaliyyəti üçün yeni imkanlar vəd edir.
"Google" ilə partnyorluq innovasiyalardan yararlanmaq, hədəf kütləsinə çatmaq və reklam strategiyasında yeni imkanlardan istifadə edərək yüksək nəticə əldə etmək deməkdir.
Bəs Reel Agentliyinin müştəriləri bundan necə yararlanacaqlar?
Texnoloji innovasiyaya giriş: "Google" dünya üzrə bir innovasiya lideridir və onunla partnyorluq son texnologiyalardan, sahəyə uyğun yeni alət və həllərdən istifadə etmək imkanı verir. Bu isə öz növbəsində müştərilərə daha effektiv xidmət təqdim etmək və rəqiblərdən bir addım öndə olmaq deməkdir.
Müştəri əlaqələrinin idarə edilməsi: "Google" öz partnyorlarına müştəri əlaqələrinin idarə olunması üçün bir çox alətlər və platformalar təklif edir. Bu, müştərinin rahatlığını artırmaq, təcrübəni yaxşılaşdırmaq və onları yüksək xidmətlə təmin etmək üçün əlavə imkandır.
Güvən və inkişaf: "Google" adını inkişaf etmiş bir şirkət olaraq qoruyur və tərəfdaşlarına məsuliyyətli, keyfiyyətli xidmət təqdim edir. Ən əsası partnyorunun inkişafı üçün geniş şərait yaradır.
Böyük təcrübə: "Google" dünya miqyasında geniş iş gücünə və təcrübəyə malikdir. "Google Partners" siyahısında olmaqla agentlik əməkdaşları "Skillshop" platformasında "Google"dan aldığı təlim materialları və kurslar sayəsində təkmilləşmiş biliklərlə müştərilərə xidmət göstərmək şansı əldə edirlər.
Sözügedən partnyorluq sözsüz ki, "Google" platformasında atılan addımları daha sürətli və nəticəyönümlü edəcəkdir.


BiG.Az
Seçilən
83
1
1

1Mənbələr

Şərh ()
Bağla