AZ

Qeyri-sabit hava məhsulların qiymətinə təsir edə BİLƏRMİ?VİDEO

Son günlər havaların yağmurlu keçməsi meyvə ağaclarına və əkin sahələrinə ciddi ziyan vurub.  

Xezerxeber.az-ın xəbərinə görə, yağıntılı hava Kür çayının daşmasına da səbəb olub ki, nəticədə bəzi ərazilərdə təsərrüfatlar su altında qalıb.

Fermerlərin həmin əkin sahələrindən gözləntiləri demək olar ki, yoxdur.  Mövcud vəziyyət isə ilk növbədə bəzi məhsulların qıtlığına səbəb ola və qiymətlərə təsir edə bilər.

Satıcılar deyir ki, qiymət artımı indidən özünü göstərməyə başlayıb.

Satıcıların sözlərinə görə, yerli məhsulun bir hissəsi məhv olduğundan üstünlük xaricdən gələn məhsula verilir. Lakin bu, yerli məhsul qədər keyfiyyətli olmur.

İqtisadçı Eldəniz Əmirov deyir ki, istənilən halda məshul yığımının azalması birbaşa qiymətə təsir edəcək.

Ekspert bildirib ki, fermerlərin bu kimi hallardan böyük zərərlə çıxmamasının tək yolu təsərrüfatın sığortalanmasıdır. Bu üsullla məhsul qıtlığının qarşısını almaq olmasa da, təsərrüfat sahibinə dəymiş zərər ödəndiyindən, sahibkar növbəti il üçün əkin strategiyasını yenidən tərtib edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
xezerxeber.az

2Mənbələr