AZ

Rusiyanın neft tankerləri problemlə üzləşib

Rusiyanın

Sanksiyalara məruz qalmış Rusiyadan neft məhsulları daşıyan tankerlər dənizdə qalaqlanır. Rusiyadan böyük miqdarda xammal alan Cənubi Koreya indi tərəddüd içində olduğuna görə yükləri qəbul etməyə çəkinir. Bu, Qərbin sanksiyalarının xam neftin axınına təsiri ilə bağlıdır.

Reyting.az
xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

"Kpler" şirkəti isə bildirir ki, plastik istehsalı üçün əsas olan iki milyon bareldən çox Rusiya xam neftini daşıyan 10 tanker 7 may tarixindən qəbul edilmir. Tankerlərin bəziləri Oman və Malta sahillərindəki sularda qalıb. Bu, yanvar və fevral ayları ilə müqayisədə həftəlik orta hesabla 790,000 bareldən çoxdur.

Cənubi Koreya şirkətləri əvvəllər Rusiyadan böyük miqdarda xammal alsalar da, indi hökumətdən və aparılacaq yoxlamalardan ehtiyat edərək birbaşa idxaldan, mənşəyi bəlli olmayan istənilən yükü almaqdan çəkinirlər.

Adlarının açıqlanmasını istəməyən neft ticarəti ilə məşğul olan iş adamları bildiriblər ki, gərgin vəziyyət ölkə hakimiyyətinin mart ayında xam neftin idxalı ilə bağlı ətraflı araşdırma aparmasından sonra yaranıb.

Qeyd edək ki, qlobal enerji bazarları - xam neft, eləcə də təbii qaz və neft məhsulları - 2022-ci ilin fevral ayında Ukrayna müharibəsi nəticəsində sarsılıb. İdxaldan asılı iqtisadiyyatlar kimi, Cənubi Koreyanın da neft emalı zavodları və koreyalı plastik istehsalçıları uyğunlaşmağa məcbur olublar.

Xatırladaq ki, Ukraynadakı müharibədən əvvəl Rusiya Cənubi Koreyanın ən əsas xam neft tədarükçüsü olub. Lakin Ukraynada müharibə başlayandan bəri bu ölkə ilə birbaşa daşınmalar azalıb, ancaq bir çox dövlətlərdən - Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, eləcə də Tunis kimi ölkələrdən idxal artıb. Bununla belə, mart ayından qərarını verən Cənubi Koreyanın səlahiyyətliləri Rusiyadan bu ölkəyə daxil olan xam neft məhsullarının etiketlərinin olub-olmadığını müəyyən etməkdən ötrü araşdırmaya başlayıblar.

Cənubi Koreyanın neft emalı zavodları və neft-kimya şirkətlərinə Moskvadan xam neft idxal etməyə icazə verilsə də, yükün dəyəri müəyyən həddi keçəcəyi təqdirdə cəza tədbiri görüləcək. Buna görə də Cənubi Koreya Qərb xidmətlərinə çıxışı qadağan olunmuş G7 (Böyük Yeddilik) qiymətinin həddinə riayət etməlidirlər.

"Bloomberg"in yazdığına görə, Seul G7-nin üzvü olmasa da, ölkə hakimiyyəti Putinin Ukraynada hərbi əməliyyat keçirməsi səbəbindən Rusiyanı cəzalandırmaq məqsədilə toplanan qrupun tətbiq etdiyi tədbirləri dəstəkləyib.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
reyting.az

1Mənbələr