AZ

Bu qadın sadə qaydalara əməl edərək 50 kiloqram arıqladı: nə etdi .. FOTO,VİDEO

110 kq-dan 60 kiloqramacan arıqlayan Çikaqo sakini Megan Telleyə görə, ən çətin və vacib şey yolun başlanğıcıdır.

Tribunainfo.az bildirir ki, on il ərzində Megan Tellenin çəkisi həmişə gah azalır, gah da çoxalırdı. O, arıqlamağa kömək edən moda pəhrizlərini sınadı,onların sayəsində arıqladı, amma  sonra çəkisi  yenə atrdı. 30 yaşına yaxınlaşan qadın özünə inamını itirdi və nəyinsə dəyişməli olduğunu başa düşdü.

Bu dəfə onun məqsədi daha sağlam olmaq və davamlı şəkildə arıqlamaq idi. Artıq 2022-ci ilin oktyabrında o, kalori çatışmazlığı ilə yeməyə və yeriməyə başladı və altı ayda təxminən 25 kiloqram arıqlamağı bacardı, səkkiz aydan sonra demək olar ki, 23 kiloqram arıqladı. O, öz hekayəsini Business Insider ilə bölüşüb və eyni nəticəyə nail olmaq istəyənlərə məsləhətlər verib.

Səbir uğurun açarıdır

Telle, sürətli irəliləyiş görmədikdə bəzən məyus olduğunu söyləyir.

“Özümə xatırlatmalı oldum ki, bir gecədə kökəlməmişəm və bir gecədə də çəki itirməyəcəyəm” -deyə o qeyd edib. .

O, eyni zamanda çəkini  bir anda atmağa çalışmaqdansa, bunu addım -addım etməyə fokuslanmağı öyrəndi.

Addımların ardıcıllığı

Telle başa düşdü ki, irəliləyiş əldə etmək üçün heç də mütləq hər gün yorucu məşqlər etmək və ya ciddi pəhriz saxlamaq lazım deyil. Sadəcə, doğru yola doğru bir addım olacaq bir şey etməli idi.

“Prosesin ən vacib (və ən çətin) hissəsi başlamaqdır” -deyə qadın əmin edir.

Piylərin itirilməsini içkilərlə çətinləşdirməyin

Alkoqol bəzi insanlar üçün böyük maye kalori mənbəyi olsa da, Telle çoxlu qaymaqlı, şəkərli kofe içkiləri, bəzilərinin hər biri 400 kaloridən çox olan içkiləri qəbul etdiyini başa düşdü. O qeyd edib ki, qəhvədən imtina onun məqsədlərinə çatmasına kömək edib.

“Siz arıqlamağa çalışdığınız zaman, bu kalorilər həqiqətən artır və onlar hətta sizi doldurmur və  sizə  heç bir qida dəyəri vermir”- deyə Telle bildirir.

Piyada gəzmək  yağ itirmək üçün əla bir yoldur

Qadın deyir: “Gəzinti arıqlama yolumun əvvəlində arıqlamaq üçün ən təsirli məşq idi”.

O, illərdən sonra ilk dəfə idman salonuna girəndə depressiyaya düşmüş və çəkinirdi, lakin hər gün 30 dəqiqə asanlıqla yeriyə biləcəyinə əmin idi.

“Bu, yeni başlayanlar üçün əladır, çünki piyada gəzinti zamanı zədələnmə riski çox azdır”- deyə Telle tövsiyə edir.

Qeyd edilir ki, yerimək arıqlamaq üçün yaxşı bir yol ola bilər, çünki bəzi insanlar üçün yüksək intensivli ağır kardioməşqlər edildiyi zaman olduğu kimi aclığı artırmadan kalori yandırır.

İstədiyiniz yeməkləri yeyə bilərsiniz

Telle qeyd etdi ki, o, bəyəndiyi hər şeydən həzz ala bilər, lakin normada. Üstəlik bu zaman piy itirə bilərsiniz.

“Mən başa düşdüm ki, həddindən artıq məhdudiyyətlər mənim məhdudlaşdırdığım yeməklərdən daha çoxunu yeməyə səbəb olur” -o qeyd edir.

Arıqlama prosesi zamanı qadın qələbələrini qeyd etməyin vacib olduğuna inandığı üçün sevimli yerlərini, yəni suşi restoranlarını ziyarət edərək mühüm mərhələləri qeyd edib.

İdmana müsbət münasibət

Qadın bunu bir iş kimi düşünməyi dayandırdıqdan və onun faydalarına diqqət etdikdən sonra müntəzəm olaraq idmanla məşğul olmağa başladı.

Düşüncəmi “mən bunu etməliyım,  “bacarıram” fikirləri ilə dəyişmək mənim üçün həllədici məqam oldu.  Hər gün hərəkət edə bildiyimə və məni xoşbəxt edən şeyləri edə bildiyimə görə nə qədər minnətdar olduğumu anladım”, – Telle deyir.

Motivasiya həmişə mövcud olmayacaq

O qeyd etdi ki, arıqlamaq  yolunun ilk aylarında Telle idman zalına getməyə o qədər də həvəsli deyildi, lakin o, motivasiyaya güvənməkdənsə, istəməsə də, nizam-intizamı qorudu. Və getdikcə idmandan daha çox həzz almağa başladı:

“Həqiqətən hər gün ora getməyə çalışdım, amma özümə xatırladım ki, bu asan olmayacaq, lakin uzunmüddətli nəticələr buna dəyər”

İmran Kərimli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
tribunainfo.az

10Mənbələr