AZ

Kulinariya Assosiasiyası yeni layihəsini təqdim etdi

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanın Şirin İnciləri” Qrant Layihəsi çərçivəsində XANƏDAN Etno restoranında ustad dərsləri keçirildi. Tədbirdə  Respublikamızın Təhsil müəssisələri arasında keçirilmiş müsabiqənın iştirakçıları - Bakı Humanitar Kolleci,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin bir qrup tələbəsi və müəllimləri  iştirak etdilər. Burada tələbələrin müsabiqəyə hazırlayacaqları şirniyyatların hazırlanma texnologiyaları, tarixi, etnoqrafiyası, linqvistikası və s. haqqında məlumatlar verildi.

Qeyd edək ki, layihə çərçivəsində növbənöv təamları və şirniyyatları hazırlamaq üçün restoranın mətbəxində  tələbələr üçün iş şəraiti də yaradılıb.

Müsabiqədə tələbələr Qərbi Azərbaycan Şirniyyatlarını  hazırlayacaq, həmin məhsullar haqqında geniş  tarixi etnoqrafik məlumat verəcəklər.

Bu, Qərbi Azərbaycanın mətbəx vasitəsiylə tanıdılması, mədəniyyətimizin ən vacib parçasının - bölgə mətbəximizin assimilyasiyadan qorunması məqsədini güdür.
Layihəyə Assosiasiyanın hazırlayıb ərsəyə gətirdiyi  “Qərbi Azərbaycanın şirin inciləri” kitabı da daxildir.

FİDAN
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
xalqqazeti.az

1Mənbələr